Qarabağda döyüşmüş 13 yaşlı əsgər kimdir? - VİDEO
    • Dünən, 22:30
    • 391

Qarabağda döyüşmüş 13 yaşlı əsgər kimdir? - VİDEO


Birinci Qarabağ müharibəsindən maraqlı görüntülər yayılıb. 

Musavat.com xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı 13 yaşında ordu sıralarına qatılan Rahib Şərifovun müsahibəsində dedikləri diqqət çəkib.

Məlumata görə, Rahib Şərifov Birinci Qarabağ müharibəsi zamanı azyaşlı olmasına baxmayaraq, Ağdam, Füzuli, Kəlbəcər və digər bölgələrdə gedən döyüşlərdə iştirak edib.

Rahib Şərifov ümumilikdə 1992-ci ildən 1996-cı ilə qədər Qarabağın azadlığı uğrunda vuruşub.

Qeyd edək ki, Rahib Şərifov 1978-ci ilin 28 yanvarında Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub.

Rahib Şərifovun sözügedən müsahibəsini təqdim edirik.