Salyandan üzücü xəbər gəldi - ÖLƏN VAR
    • Dünən, 23:02
    • 540

Salyandan üzücü xəbər gəldi - ÖLƏN VAR


Salyanda avtomobil kanala aşıb, ölən var.

News24.az xəbər verir ki, hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarətmədən çıxaraq kanala aşıb.

Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./publika