-
- 8-08-2024, 17:49
- 239
Şimali Koreyalı Cənubdan sığınacaq istədi
Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik tam sürətlə davam edərkən, Seuldan əhəmiyyətli bir açıqlama gəldi.
News24.az xəbər verir ki, hökumət mənbələrindən əldə edilən məlumata görə, Şimali Koreyalı bir qaçqının Sarı dənizdə Koreyalararası dəniz sərhədini keçərək Cənubi Koreyadan sığınacaq istəyib.
Yerli media iki Şimali Koreyanın dəniz sərhədinə yaxın Kyodonq adası vasitəsilə Cənubi Koreyaya sığınacaq istəməyə cəhd etdiyini və həmin şəxslərdən yalnız birinin Cənubi Koreya ordusu tərəfindən tapıldığı qeyd edilib.
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik parlament iclasında verdiyi açıqlamada sığınacaq cəhdini təsdiqləyib və müvafiq orqanlar tərəfindən araşdırma aparıldığını bildirib.
Şin vurğulayıb ki, Cənubi Koreya ordusu dəniz sərhədində sığınacaq cəhdini əvvəldən izləyir.
Günel Məlikzadə