Futbol matçında qəribə olay
    • 9-10-2024, 18:04
    • 509

Futbol matçında qəribə olay

İtaliyalı futbolçu Marko Kurtoya FİFA tərəfindən cəza verilib.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, oyunçu irqçilik etdiyinə görə 10 oyunluq qadağa alıb.

Mövsümün əvvəlində keçilirilən yoldaşlıq matçında Marko Kurto rəqib komandada çıxış edən cənubi koreyalı forvard Hvonq Hi Çana “Cek Can” deyə səslənib. Hadisə “Komo” və “Volverhempton” klubları arasında keçirilən oyunda baş tutub.  vakansiya

İngiltərə klubu məsələni FİFA məhkəməsinə daşıyıb. Qərara əsasən, Kurtonun rəqibinə “Cek Can” ifadəsi ilə səslənməsi irqçilik kimi qeydə alınıb. “Komo” klubu isə bu məsələ ilə bağlı apelliyasiya şikayəti versə də, müraciətə baxılmayıb.