-
- 21-06-2019, 14:34
- 930
Məktəbdə əlaçı olanlar qəbul imtahanında biyabırçı nəticə göstərib
Orta ümumtəhsil məktəblərində kimya, Azərbaycan tarixi (II qrup) və ədəbiyyat fənindən «5» alanlar qəbul imtahanında aşağı bal toplayıb.
News24.az-ın xəbərinə görə, bu «Abituriyent» jurnalının 12-ci sayında qeyd olunub. Jurnalda hər bir fənn üzrə attestat qiyməti “kafi” və “əla” olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fəndən topladıqları nisbi balların bal intervalları üzrə paylanma histoqramları təhlil edilib. Məlum olub ki, fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da analoji nəticə göstəriblər. Belə ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə 84–96%-i 0–40 intervalında nisbi bal toplayıb.
Deməli, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər 45 müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur. Ancaq, təəssüf ki, “əla” ilə qiymətləndirmədə bunun əksini görürük (bax: cədvəl 1.19). Bu, özünü kimya, Azərbaycan tarixi (II qrup) və ədəbiyyat fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir.
Kimya fənnindən əlaçı abituriyentlərin 20.67%-nin, Azərbaycan tarixi fənnindən 20.43%-nin və Ədəbiyyat fənnindən 18.22%-nin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin coğrafiya fənni üzrə yalnız 11.64%-i, fizika fənni üzrə 14.84%-i və Azərbaycan tarixi fənni üzrə isə 15.56%-i 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması bu fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır.