83 yaşında bəysiz TOY ELƏDİ
    • 11-10-2024, 15:24
    • 728

83 yaşında bəysiz TOY ELƏDİ

Türkiyədə tək yaşayan Sümbül Topbaş gəncliyində platonik eşq yaşadığı insana qovuşa bilmədiyi üçün heç kimlə evlənməyib.

News24.az xəbər verir ki, yaşı irəliləyən Topbaş ötən il qocalar evində məskunlaşıb.

Topbaş yeni dostları və qocalar evi işçiləri ilə söhbət edərkən əvvəllər evli olmadığı üçün ağ gəlinlik geyinə bilməməsindən şikayətlənib.

Nəticədə, qurumların dəstəyi ilə Topbaş üçün toy mərasimi təşkil edib. Ağ gəlinlik geyinən Topbaş saçlarını bərbərdə düzəldib, daha sonra gəlin maşını ilə nağara və tütəklərin müşayiəti ilə şadlıq sarayına gəlib.

Topbaşın məhəllədən olan dostları, qohumları və qocalar evində yaşayanlar da toyda bəysiz iştirak ediblər.

Sümbül Topbaş çox xoşbəxt olduğunu bildirərək, "Bu gün arzularım gerçəkləşdi. Hər kəsə ailə qurmağı tövsiyə edirəm" dedi. 

Günel Məlikzadə