-
- 11-10-2024, 22:58
- 316
Rusiya Yaponiyaya xəbərdarlıq etdi: Cavabı olacaq...
Rusiya Yaponiyanın bu payızda Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planlarına görə Yaponiya səfirliyinə etiraz edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Oktyabrın 11-də Yaponiyanın Rusiyadakı səfirliyinə Tokionun oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, o cümlədən Hokkaydo adalarının yaxınlığında yerləşən ərazilərdə ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı sərt etiraz edilib.
Rusiya Yaponiyaya hərbi təlimlər keçirmək planları ilə bağlı gözlənilən adekvat cavab tədbirləri barədə xəbərdarlıq edib", - məlumatda qeyd edilib.