"Nissan"ın baş ofisindən nadir avtomobil oğurlandı - FOTO
    • 12-10-2024, 18:57
    • 981

"Nissan"ın baş ofisindən nadir avtomobil oğurlandı - FOTO

"Nissan"ın baş ofisindən nadir "Skyline GT-R R32" kupesi oğurlanıb.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə news.com.au məlumat yayıb.

Qeyd olunur ki, 1991-ci il istehsalı olan avtomobil "Nissan"ın Melburndakı baş ofisindən oğurlanıb.

Yapon brendinin nümayəndələri cinayətkarları gecikdirmədən tapmağa çalışan yerli polislə fəal əməkdaşlıq edirlər. Bundan əlavə, şirkət avtomobilin yeri ilə bağlı hər hansı məlumatı olan hər kəsdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edir.

Oğurlanmış "Nissan Skyline GT-R" bu model üçün nadir olan qırmızı rəngə boyanıb, həmçinin "GTR 091" dövlət qeydiyyat nişanına malikdir ki, onun rəqəmləri idman avtomobilinin istehsal ilinə aiddir. Ümumilikdə, 1989-1994-cü illər arasında şirkət Avstraliyaya bu nəsildən yüz "GT-R" idxal edib.

Oğurlanmış nümunə 2015-ci ildə "Nissan"ın Australiya filialının rəsmi kolleksiyasının bir hissəsi olub və o vaxtdan bəri şirkətin bir çox reklam tədbirlərində nümayiş etdirilib. Oğurlanmış idman avtomobilinin təxmini dəyəri 250 min Avstraliya dollarıdır (təxminən 286,5 min manat).