Seldə avtomobillər sürükləndi, küçələr su altında qaldı
    • 18-10-2024, 19:25
    • 338

Seldə avtomobillər sürükləndi, küçələr su altında qaldı

Dünən Fransanın cənubunda yağan leysan yağışların səbəb olduğu daşqınlar həyata mənfi təsir edib.

News24.az xəbər verir ki, Fransa meteorologiya xidmətinin verdiyi açıqlamada, dünən Lion şəhəri və cənubundakı altı bölgədə qırmızı daşqın xəbərdarlığının verildiyi bildirilib.

Bu gün həyəcan siqnalı “narıncı”ya endirilsə də, çaylarda suyun səviyyəsinin azalmağa başladığı qeyd edilib.

Mülki təhlükəsizlik qurumundan verilən açıqlamada seldə qalanları xilas etmək üçün 5 helikopterin ayrıldığı bildirilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, daşqın ərazisinə 1500 yanğınsöndürən də göndərilib.

Bu gün səhər saatlarından etibarən Ərdəçe bölgəsində 540 ev və iş yerinə elektrik enerjisinin hələ də verilmədiyi öyrənilib.

Riv-de-Gier bölgəsində sel sularının apardığı çoxlu sayda avtomobilin toqquşduğu və zədələndiyi müşahidə edilib.

Evlərin və iş yerlərinin su basdığı sel bölgəsində bir çox magistral yolun su altında qalması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

Fransanın milli dəmir yolu şirkəti SNCF, Lion və Saint-Etienne şəhərləri arasındakı dəmir yolunun su basması səbəbindən qatarların hərəkətini dayandırdığını açıqlayıb.

Günel Məlikzadə