-
- 18-10-2024, 21:27
- 368
Co Bayden: Bu müharibənin bitməsinin vaxtıdır
İsrailin Qəzzada keçirdiyi əməliyyatda HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra bir çox ölkədən bölgədəki hadisələrlə bağlı açıqlamalar gəlib.
News24.az xəbər verir ki, ilk açıqlamanı Ağ Ev administrasiyası verib.
ABŞ prezidenti Co Bayden bildirib ki, Qəzzada atəşkəs və girov mübadiləsi üçün yeni proses başlaya bilər. “Ümid edirəm ki, Netanyahu müharibəni tezliklə bitirəcək".
O, ABŞ dövlət katibi Antoni Blinkeni danışıqlar üçün İsrailə göndərəcəyini bəyan edib.
ABŞ Dövlət Departamenti yaxın günlərdə müharibəyə son qoymaq üçün yeni fürsət gördüklərini bəyan edib. Tərəfdaşlarımızla birlikdə Qəzzadakı vəziyyətə son qoymaq üçün əlimizdən gələni edəcəyik”, - bəyanatda deyilir.
HƏMAS-ın yeni liderinin seçilməsi üçün “Ümid edirik ki, o, atəşkəslə bağlı Sinvardan fərqli davranacaq” deyilib.
Pentaqon İsrailin əməliyyatında heç bir ABŞ əsgərinin iştirak etmədiyini açıqlayıb.
Günel Məlikzadə