Tələbələr zorakılığa qarşı aksiya keçirdi: Həbs olunanlar var
    • 18-10-2024, 17:35
    • 388

Tələbələr zorakılığa qarşı aksiya keçirdi: Həbs olunanlar var

Pəncab əyalətinin paytaxtı Lahorda özəl universitetdə qız tələbənin zorakılığa məruz qaldığı iddia edilib.

News24.az xəbər verir ki, istintaq zamanı səlahiyyətlilərin “qurbanın ortaya çıxmadığını və zorlama iddialarının təsdiqini tapmadığını” elan etməsindən sonra tələbələr etiraz aksiyasına başlayıblar.

Pəncab Daxili İşlər Nazirliyindən verilən açıqlamada bölgədə etirazların artması ilə əlaqədar bütün təhsil müəssisələrinin bağlanması və 2 günlük fasilə verilməsi əmri verilib. Məktəblərin bağlanmasından 26 milyon şagirdin təsirlənəcəyi təxmin edilir.

Bildirilib ki, cəmi bir gündə 380 nəfər yandırma və vandalizm ittihamı ilə tutularaq istintaqa cəlb edilib. Səlahiyyətlilər insanları sosial şəbəkələrdə izləyəcəkləri barədə xəbərdarlıq edib.

Məryəm İlhamqızı