Ukrayna ordusu Çernobıl AES-in yaxınlığında xəndəklər qazır
    • 19-10-2024, 11:47
    • 493

Ukrayna ordusu Çernobıl AES-in yaxınlığında xəndəklər qazır

Ukrayna Silahlı Qüvvələri radiasiyanın normadan 12 dəfə çox olduğu Çernobıl AES-in yaxınlığında xəndəklər qazır. 

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində hərbi əsir Vitali Ozimov danışıb.

“Çernobılda böyük tikinti gedirdi. Hətta elə olub ki, oradakı bir mövqedə radiasiya normadan 12 dəfə yüksək olub. Biz bundan imtina etdik. Amma səlahiyyətlilər gəlib dedilər ki, sizin fikriniz bizə maraqlı deyil”, - deyə o bildirib.

Ozimov əlavə edib ki, hərbçilər üç ay ərzində gündə bir saat yarım işləyiblər.

Teymur Məmmədov