Starbucks-da çaxnaşma: Satışlar qlobal miqyasda azaldı
    • 25-10-2024, 20:13
    • 210

Starbucks-da çaxnaşma: Satışlar qlobal miqyasda azaldı

Dünyanın ən böyük qəhvə şəbəkəsi Starbucks, yeni CEO Brian Nikkol ilə çətin bir dövr yaşayır. Bu həftə dərc olunan ilkin hesabatında şirkət üçüncü rübdə satışlarının kəskin azaldığını açıqlanıb.

News24.az xəbər verir ki, bu azalma ABŞ-da 6 faiz olduğu halda, Çində 14 faizə çatıb.

Bu geriləmə səhmlərin təxminən 5 faiz itkisinə səbəb olub.

CEO-nun vəzifəyə gəldikdən sonra son bir ayda müəyyən etdiyi əsas problemlərə həddindən artıq mürəkkəb menyu, mağazalarda kadr çatışmazlığı, içki və qida qiymətləri daxildir.

Amma əsas problem onun boykot edilməsidir.

İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları Starbucks-ın maliyyə nəticələrinə son üç rübdə mənfi təsir göstərib.

Məryəm İlhamqızı