-
- 25-10-2024, 21:26
- 231
Müdirdən şirkətə 100 milyonluq FIRILDAQÇILIQ
Fransız interyer dizayneri Aurélie Bard, Kiabi-nin maliyyə müdiri vəzifəsində işləyərkən Volksbank hesabına 100 milyon avro köçürməklə şirkəti böyük miqyasda aldadıb. Əvvəllər dələduzluğa görə məhkum olunmuş Bard saxta arayışlarla Kiabiyə girməyi bacarıb. Moda nəhənginin ona güvənməsi və külli miqdarda pulu ona etibar etməsi Bardın planının başlanğıcı olub.
News24.az xəbər verir ki, Bard pulu Volksbank Düsseldorf Neuss-da açılan hesaba köçürüb və tezliklə başqa banka yönəldib.
Bu hərəkət pulun izini itirməsinə səbəb olub. Kiabi bir müddət sonra vəziyyəti anlayıb və bankdan pulun geri alınmasını istəyib. Halbuki pul artıq xaricə gedib.
Aurelie Bard fırıldaqçılıq yolu ilə qazandığı pullarla dəbdəbəli həyat sürməyə başlayıb. Floridanın cənubunda interyer dizayneri kimi tanınan Bard məşhur həyat tərzi jurnalının üz qabığına çıxıb və sosial mediada dəbdəbəli həyatını nümayiş etdirib. Lakin bu həyat onun saxlanılmasına səbəb olub. Hazırda Fransada saxlanılan Bardın ekstradisiya edilib-edilməyəcəyi bəlli deyil.
Məryəm İlhamqızı