-
- 25-10-2024, 20:56
- 217
Fırtınada 600 min insan təxliyə EDİLDİ
Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada Odişa ştatında və Qərbi Benqalda "Dana" tropik qasırğasının sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.
News24.az xəbər verir ki, güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın riskinə və təxminən 600 min insanın təxliyəsinə səbəb olub.
IMD-nin su səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyi barədə açıqlaması bölgədəki səlahiyyətliləri yüksək həyəcan vəziyyətinə salıb.
Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi ləğv edilib, uçuşlar dayandırılıb. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.
Keçən il ölkəni təsir edən fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.
Günel Məlikzadə