-
- 28-10-2024, 23:04
- 413
Şəkil çəkərkən təyyarənin pərvanəsinə dəydi, dünyasını dəyişdi
Şəkil çəkdirərkən hərəkətdə olan təyyarənin pərvanəsinə çırpılan 37 yaşlı Amanda Gallagher aparıldığı xəstəxanada dünyasını dəyişib.
News24.az xəbər verir ki, ötən gün Kanzas ştatının Derbi şəhərindəki Kuk Hava Limanında baş verən faciəvi qəzada Amanda Gallagher insanların təyyarəyə minib-enmə fotoşəkillərini çəkərkən pərvanəyə dəyib.
Saat 15:00 radələrində hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları ağır yaralı qadını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq davam edərkən Amandanın dostları dəfn xərclərini qarşılamaq üçün xeyriyyə kampaniyasına başlayıblar.
Məryəm İlhamqızı