-
- 31-10-2024, 18:36
- 407
7 aylıq körpənin dəhşətli ölümü - çarpayı ilə baza arasında qaldı
Kırıkkaledə 7 aylıq körpə çarpayı ilə baza arasında ilişib.
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, Kübra K. adlı qadın 7 aylıq körpəsi Y.K-nın çarpayı ilə altlıq arasında asılı vəziyyətdə qaldığını və dərisinin göyərdiyini görüb.
Körpəni ilişdiyi yerdən çıxaran ana Kübra K. vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib. Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım alan körpə xəstəxanaya aparılıb.
7 aylıq körpə bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm İlhamqızı