“Mançester Yunayted”də yeni era BAŞLADI
    • 1-11-2024, 16:24
    • 380

“Mançester Yunayted”də yeni era BAŞLADI

“Mançester Yunayted” Erik ten Haqdan sonra baş məşqçi vəzifəsinə Ruben Amorimin təyin olunduğunu təsdiqləyib.

News24.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı "Old Trafford"da vəzifəsinə noyabrın 11-də başlayacaq.

O vaxta qədər Ruud van Nistelrooj müvəqqəti menecer vəzifəsini davam etdirəcək.

Onu da qeyd edək ki, Amorim son illərdə "Sportinq Lissabon"da oynadığı hücumameyilli futbolu ilə adından söz etdirib.

Ten Hag-ın qovulmasından sonra Mançester Yunayted tez bir zamanda Amorimə müraciət edib və 2027-ci ilə qədər müqavilənin əldə olunduğunu bildirib.

Digər tərəfdən Sporting Lisbon, Mançester Yunaytedin Ruben Amorim üçün 11 milyon avroluq transfer haqqı ödədiyini açıqlayıb.

Günel Məlikzadə