-
- 28-10-2024, 16:38
- 439
“Mançester Yunayted”də bir dövr BAŞA ÇATDI
“Mançester Yunayted”in liqada və Avropada zəif irəliləyişində günah baş məşqçi Erik ten Haqın üzərinə atılıb.
News24.az xəbər verir ki, "Mançester Yunayted"dən verilən açıqlamaya görə, hollandiyalı məşqçi istefaya göndərilib.
Premyer Liqada 14 matçda cəmi 4 qələbə qazanan "Mançester Yunayted" reytinq cədvəlində 14-cü pillədə qərarlaşıb.
Digər tərəfdən, "qırmızı şeytanlar" hələ qalib gəlmədiyi Avropa Liqasında 3 heç-heçə edib və 3 xalla 21-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Erik ten Haqın rəhbərliyi altında 128 rəsmi oyun keçirən "Mançester Yunayted" bu görüşlərdə 72 qələbə, 20 heç-heçə və 36 məğlubiyyət əldə edib.
“Mançester Yunayted”in bəyanatı belədir:
“Erik ten Haq “Mançester Yunayted”in kişilər komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
2022-ci ilin aprelində vəzifəyə başlayan Erik 2023-cü ildə Karabao Kubokunu və 2024-cü ildə İngiltərə Kubokunu qazanaraq klubu iki ölkə kubokuna çıxardı.
Erikə bizimlə olduğu müddətdə etdiyi hər şeyə görə minnətdarıq və ona gələcək üçün uğurlar arzulayırıq.
Rud van Nistelroy baş məşqçi axtarışı zamanı mövcud məşqçilər komandası tərəfindən dəstəklənən müvəqqəti baş məşqçi kimi komandaya rəhbərlik edəcək”.
Günel Məlikzadə