Böyük müharibənin başlaması an məsələsidir - Sərhədə 8 min əsgər yerləşdirildi
    • 1-11-2024, 17:14
    • 3 228

Böyük müharibənin başlaması an məsələsidir - Sərhədə 8 min əsgər yerləşdirildi

Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyada 10 minə yaxın Şimali Koreya əsgərinin olduğu və onlardan 8 mininin Ukrayna sərhədi yaxınlığındakı Kursk bölgəsində yerləşdirildiyi bildirilib.


News24.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda rəsmi səfərdə olan Cənubi Koreyalı həmkarları ilə birgə mətbuat konfransı keçirib.


Nazir Blinken ABŞ-ın hazırda Rusiyada təxminən 10 min Şimali Koreya əsgərinin olduğunu təxmin etdiyini bildirib.  “Son məlumatlar göstərir ki, bu Şimali Koreya qüvvələrinin 8 mini Kursk bölgəsində yerləşdirilib”, Blinken deyib.


Blinken bildirib ki, onlar bu qoşunların Ukrayna qüvvələrinə qarşı toqquşmasına hələ də rast gəlməyiblər, lakin bunun yaxın günlərdə baş verəcəyini proqnozlaşdırırlar.


Müdafiə naziri Ostin də Rusiyanın Şimali Koreya əsgərlərinə artilleriya və xəndəklərin təmizlənməsi də daxil olmaqla əsas piyada əməliyyatları üzrə təlim keçməsi ilə bağlı qiymətləndirmələrinin olduğunu bildirib.


“Bütün bunlar Rusiyanın Ukraynaya qarşı seçdiyi müharibədə bu xarici qüvvələrdən cəbhə əməliyyatlarında istifadə etmək niyyətində olduğunu qəti şəkildə göstərir”, - deyə o qeyd edib.


Rusiyanın Şimali Koreya əsgərlərinə də rus forma və ləvazimatları verdiyini deyən Ostin əlavə edib ki, Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüş və ya cəbhə xəttinə dəstək əməliyyatları keçirsə, özlərini qanuni hərbi hədəfə çevirəcəklər.


Ostin bölgədəki digər müttəfiqlər və tərəfdaşlarla məsləhətləşərək, hadisələri yaxından izlədiklərini bildirib.


Aynurə