-
- 17-10-2024, 23:34
- 312
Zelenskidən yeni iddia: “Şimali Koreya əsgərləri Ukraynadadır”
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna kəşfiyyatının bəzi Şimali Koreyalı zabitlərin Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisində yerləşdirildiyi barədə məlumatı var.
News24.az xəbər verir ki, Zelenski həmçinin Brüsseldə keçirdiyi mətbuat konfransında Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün ümumilikdə 10 min əsgər göndərməyə hazırlaşdığını bildirib.
Ötən həftələrdə “İnterfaks-Ukrayna” və “KyivPost” adlı xəbər mənbələri Ukrayna kəşfiyyatına əsaslanan xəbərlərində oktyabrın 3-də Rusiyanın işğalı altında olan Donbasda Şimali Koreya ordusunun 6 əsgərinin öldürüldüyünü, 3-nün isə yaralandığını iddia edib.
Mənbələrə görə, Şimali Koreya əsgərləri Rusiya ordusunun əsgərləri ilə "təcrübə mübadiləsi" üçün sözügedən bölgədə olublar.
Oktyabrın 8-də Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun Şimali Koreyanın Rusiyaya kömək etmək üçün Ukraynaya qoşun yeritməsi ehtimalının “yüksək ehtimal” olduğunu iddia edib.
Günel Məlikzadə