-
- 6-07-2019, 13:46
- 3 325
Azərbaycanda marşrut avtobusunda QORXUNC HADİSƏ – Arvadının gözü qarşısında öldürüldü
2017-ci ilin dekabrında Cəlilabad rayonunda qətl törətmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki qərarın dəyişdirilməsini xahiş edib.
Qeyd edək ki, daha əvvəl Ə.Həmzəyev apelyasiya instansiyasına müraciət etsə də, qərar dəyişdirilməyib.
Hadisəyə gəlincə, 2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub. Bacısının həyat yoldaşının evinə qayıtmasına R.Hüseynovun mane olduğunu düşünən Əvəz avtobusda onu qətlə yetirib. Hadisə vaxtı Rakif Hüseynovun həyat yoldaşı yanında olub və qətl qadının gözləri qarşısında törədilib.