-
- 10-07-2019, 15:40
- 769
"Kənd təsərrüfatında bu il rekord həcmdə artım olub" - Prezident İlham Əliyev
“Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir”.
News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, neft-qaz sektorundan asılılığın azaldılması əsas vəifələrdəndir: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq. Bu il qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir".