-
- 14-07-2019, 10:58
- 958
İmtahan həyəcanı davam edir -DİM-dən xəbər var
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.
News24.az məlumatına görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq.
Bu gün, həmçinin dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna və hərbi liseylərə, Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirilir.
Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanır və 3 saat davam edəcək. Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları isə saat 11:00-da başlanacaq.
İmtahanlarda ümumilikdə 2357 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına 18 imtahan rəhbəri, 184 nəzarətçi ayrılıb.