Azərbaycanda baş verən dəhşətli yol qəzasından - YENİ XƏBƏR
    • 10-05-2019, 19:14
    • 1 394

Azərbaycanda baş verən dəhşətli yol qəzasından - YENİ XƏBƏR

Keçən ilin iyul ayında Goranboyda baş vermiş dəhşətli yol qəzası ilə bağlı istintaq yekunlaşıb.

News24.az
-ın məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində “Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşmasının insan itkisi ilə nəticələnməsi səbəbindən sürücülərdən biri – Bayramov Vüsal Çingiz oğlu barəsində Azərbayca Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni, Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ölümlə nəticələndikdə maddəsi ilə iş başlanılıb. İstintaq zamanı sürücü Vüsal bayramovun sürücülük hüququnun olmaması müəyyən edilib və o təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Başlanmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq. 

Məlumata görə, hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb. Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.