Xırdalanda şirniyyat dükanı yanıb
    • 15-07-2019, 23:42
    • 836

Xırdalanda şirniyyat dükanı yanıb

Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən "Pizzaline" şirniyyat dükanında yanğın olub.

News24.az xəbər verir ki, hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın çörəkbişirən sobaların birində baş vermiş nasazlıqdan olub.