Ət və sümük suyu viruslara dərman ola bilər
    • Dünən, 19:22
    • 248

Ət və sümük suyu viruslara dərman ola bilər

Ət və sümük suyu oynaqların sağlamlığından dəri elastikliyinə qədər bir çox fayda verir.

News24.az demokrat.az-a istinadla xəbər verir ki, bu qida qış aylarında immunitet sistemini gücləndirməkdə də təsirlidir.

Xüsusilə Covid-19, qrip və digər mövsümi virusların yayılması ilə immunitet sisteminin güclü saxlanmasının vacibliyini bir daha gündəmə gətirilir.

Mütəxəssislər bu aylarda düzgün qidalanmanın immunitet sisteminin güclənməsində kritik rol oynadığını ifadə edir. Maye qızıl kimi tanınan ət və sümük suyunun bu prosesdə əhəmiyyətli bir dəstəkçi olduğunu söyləyib.  

Ət və sümük suyu zülal və kollagenlə zəngin bir qidadır. İmmun hüceyrələrinin bərpasına töhfə verərək infeksiyalara qarşı müqavimət yarada bilər.