Mübariz Mənsimov:
    • 28-07-2019, 14:55
    • 860

Mübariz Mənsimov: "Sizin hamınıza kömək edə bilmərəm"

"Son zamanlar istər sosial media, istər elektron və ya normal məktub vasitəsi ilə, hətta dostlardan belə mənə narazılıq mesajları gəlir. Nəymiş, kiməsə kömək etdim, kiməsə yox. Əzizlərim, mən sizin hamınıza kömək edə bilmərəm. Sizə Allah kömək olsun!"

News24.az xəbər verir ki, bu sözləri "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimov deyib:  "Mən bir daha deyirəm ki, bura bir özəl şirkətdir. Düzdür, qazandığım ruzunu Uca Allah veribsə, əlbəttə ki, hamınızın haqqı var bir şeylər tələb etməyə. Amma mən bir şeyi anlamıram ki, niyə öz haqqınızı dövlət məmurlarından deyil də məndən çox sərt şəkildə tələb edirsiniz? Bu qədər məni tənqid etməkdənsə, doğru yöndə qanuni olaraq öz haqlarınızı müdafiə edin. Biz cümhuriyyət qurmuş və ən qədim Türk soylu bir xalqığ. Azərbaycanda Cümhuriyyət qurulanda Türkiyədə daha Osmanlı İmperiyası dövrü idi. İçim ağrayır oxuduqca sizin çarəsiz mesajlarınızı... Siz Azərbaycan vətəndaşısınız və müstəqil ölkədə yaşayırsınız. Hər biriniz öz haqqınızı tələb edə bilərsiniz. İnsanoğlu həyata bir dəfə gəlir. 2 dəfə gələcək deyə şansı yoxdur. Allah o həyatı sizə əmanət olaraq verir. Əmanət olaraq verir ki, xor istifadə etmə, haqq yemə, haqqını qoru. Biz niyə belə qorxaq olduq? İllərlə bizim torpaqlarımızı ermənilər işğal etdilər, susduq, nə oldu, həmişə susduq. Bəs deyil? Dədə-babamızadan qalan söz var. Papağınızı çıxarıb, önünüzə qoyun və düşünün.
Siz öz haqq və hüquqlarınızı bilsəniz, bundan dövlət qazanar, ölkə qazanar, Siz qazanarsınız, sadəcə rüşvətxor və etdiyi oğurluqlar cəzasız qalan məmurlar itirər. Siz başınızı aşağı dikdiyiniz üçün bu məmurlar kimi övladları da intellektləri ilə deyil, harınlıqları ilə meydan oxuyurlar hər kəsə. Onun üçün hər birimiz hüququmuzu bilməli və tələbimizi də düzgün istiqamətə yönləndirməliyik. Unutmayaq ki, cəzasızlıq cinayətlərin anasıdır. Hər cəzasız suç da özündən daha betərinin xəbərçisidir. Azərbaycanı seviriksə, öncəliklə, cinayətlərin cəzasız qalmamasına çalışmalıyıq..."