İnternatda böyüyən azərbaycanlı müğənni onu axtarır:
    • 31-07-2019, 15:36
    • 897

İnternatda böyüyən azərbaycanlı müğənni onu axtarır: "Bircə sağ-salamat ol" - FOTO

"İnternat uşaqları çox mehriban və doğmadan da doğma olur"

News24.az xəbər verir ki, bu sözləri internatda məktəbində böyüyən müğənni Bahar Lətifqızı yazıb. İfaçı instagram izləyicilərinə müraciət edərək, internatda birlikdə böyüdüyü şəxsi tapmaqda ona kömək etmələrini istəyib: "Bu şəkildə gördüyünüz oğlan Ağabəyov Fuaddır. O da mənimlə 6 yaşdan 15 yaşa qədər internatda böyüyüb. Artıq 27 ildir ki, ayrı düşmüşük. Bacı və qardaşlarımın demək olar ki, hamısını tapmışam. Rəhmətə gedən də var. Fuad, bacı qardaşların səni çox sevir. Səni də tapacağıq. Bircə sağ-salamat ol. İnternat uşaqları çox mehriban və doğmadan da doğma olur. Fuad Ağabəyovun yerini bilən varsa xəbər etsin".