Toyda zəhərlənənlərin sayı 89-a çatdı  - qurumlar GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇDİ
    • 6-08-2019, 11:40
    • 808

Toyda zəhərlənənlərin sayı 89-a çatdı - qurumlar GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇDİ

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon Xəstəxanasına (MRX)  və Qəbələ Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfər olub. 

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, müraciət edənlərdən 19-u qadın, 8-i uşaq, digərləri kişilərdi. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Səhər saat 11 üçün artıq 1 nəfər qalıb. 2004-ci il təvəllüdlü  Bayram Bilal oğlu Əsgərov hazırda xəstəxanada qalan yeganə xəstədir. 

Qeyd edək ki, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.