-
- 6-08-2019, 09:03
- 876
Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına və Diaqnostika mərkəzinə müraciət edənlərin sayı 75 nəfər olub.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilərdi. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzə Rayon Xəstəxanasında lazımı yardım edilib.
Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.
Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.
Afaq Mirayiq