Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da QALİBİ OLDU - FOTO - VİDEO
    • 8-08-2019, 09:30
    • 783

Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da QALİBİ OLDU - FOTO - VİDEO

“Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını  yerinə yetiriblər.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub.

Qərara əsasən Azərbaycan hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüb.