AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara BAŞLADI
    • 28-08-2019, 11:33
    • 837

AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara BAŞLADI

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-dan News24.az-a verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.