AQTA qarayara ilə bağlı epidemioloji və epizootoloji ARAŞDIRMALARA BAŞLADI
    • 31-07-2019, 20:06
    • 988

AQTA qarayara ilə bağlı epidemioloji və epizootoloji ARAŞDIRMALARA BAŞLADI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliy (AQTA) Sabirabadda qarayara xəstəliyinə yoluxmafaktı ilə bağlı məlumat yayıb. 

Agentlikdən News24.az-a verilən məlumata görə, 5 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rayonun İ.İsgəndərov küç. 64. ünvanında yaşayan 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3. ev 23. ünvanında yaşayan 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlunun rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında məktub daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılmış və hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilmiş, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunmuş və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmamışdır.

Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilmişdir. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilmişdir.

Aparılan araşdırmaların hazırki mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmamışdır.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.