AQTA qarayara ilə bağlı araşdırma qrupu yaratdı - SON DƏQİQƏ!
    • 9-09-2019, 16:41
    • 902

AQTA qarayara ilə bağlı araşdırma qrupu yaratdı - SON DƏQİQƏ!

9 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb.

AQTA-dan News24.az-a verilən məlumata görə, qurum nümayəndələri hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Afaq Mirayiq