-
- 11-07-2019, 12:25
- 1 069
AQTA Biləsuvarda qarpız zəhərlənməsindən ölənlə bağlı ARAŞDIRMALARA BAŞLADI
Biləsuvar rayonunda qarpızdan zəhərlənən Əlizadə Cəmilə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalara başlanıb.
Bu barədə News24.az-a AQTA-nın mətbuat xidmətindən məluat verilib. Qurumdan qeyd olunur ki, hazırda hadisə ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılmaqdadır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat təqdim olunacaq".
Qeyd edək ki, Biləsuvar kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. Onun qarpızdan zəhərləndiyi bildirilib və bu ölümə səbəb olub. hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Afaq Mirayiq