Nazilə məşhurlara od püskürdü
    • 3-09-2019, 13:34
    • 684

Nazilə məşhurlara od püskürdü "Təxəllüsünüz quş olsun"

"Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər,kənd,mahal və.s) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir".

News24.az xəbər verir ki, şairə bu dəfə müğənniləri, aşıqları və həmkarlarına od püskürüb. O, məşhurların təxəllüs seçiminə xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb: "Ümumiyyətlə təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır.

Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki,bölgə adını üstünə götürüb tuman-paça videosu paylaşa bilməzsən ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən !

İstər qadın, istər kişi əlinə saz alıb saunada ,hovuzda sərxoş kişilərə saz çala bilməzsən ay aşıq! Əlinə tar-kaman alıb hamam qonaqlıgında göbəyinə fitə bağlayıb otura bilməzsən ay tarizən ,ay xanəndə!

Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzən,adını jurnalist qoyub, dilənçiliklə,şantajla pul qazana bilməzsən!

istədiyini geyinə bilməzsən, ağlına gələn vaxt soyuna bilməzsən! Heç nimdaş da gəzə bilçəzsən! Pul çox ayıbları müvəqqəti örtür, amma ləkəsini el götürür. Nədir elin günahı?!

Sərbəst olmaq istəyirsənsə təxəllüsün quş olsun, sərxoş olsun eyş olsun, amma "El" olmasın!

Eldən ayıbdır, elə yazıqdır! Səndən öncə bu yurda daş qoyub, ev yapan kişilər sənin təxəllüsünə görə utanmamalıdır".