AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olan Azərbaycan millisi Kardiffdə dəstəksiz qalmayıb.
News24.az 
"Report"a istinadən xəbər verir ki, komandanı həm Böyük Britaniyada yaşayan, həm də Avropanın digər ölkələrindən, eləcə də Azərbaycandan gələn ümumilikdə 100-ə yaxın azarkeş dəstəkləyir.
Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Hazırda hesab açılmayıb. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanır.

Teglər: Azərbaycan millisi Avro2020 Böyük Britaniya Azarkeş Uels