17 yaşlı qızı zorla ərə vermək istədilər, RƏFİQƏSİ XİLAS ETDİ - VİDEO
    • 16-09-2019, 14:55
    • 999

17 yaşlı qızı zorla ərə vermək istədilər, RƏFİQƏSİ XİLAS ETDİ - VİDEO

Ailəsi tərəfindən istəyi olmadan ərə verilən 17 yaşı qız rəfiqəsi tərəfindən xilas olunub. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulda yaşanıb. Ailə qurmaq istəməyən qız bu barədə rəfiqəsinə məlumat verib. Məsələ ilə bağlı polisə şikayət edən qızın rəfiqəsi onlara toyun keçirildiyi ünvanı söyləyib. 

Toy məkanına gələn polislər bəylə gəlinin avtomobilə minməsini gözləyib. Daha sonra isə onların hər ikisi polis bölməsinə aparılıb. 

İfadə verən gəlin "Mən evlənmək istəmirəm. Oxumaq istəyirəm. İki öncə kəbin kəsilib. Daha sonra mən təhsilimlə bağlı yataqxanada qalmalı oldum. Aldaraq evə çağırıldım. İnandırdılar ki, toy olmayacaq. Amma, gözləmədiyim anda toy etmək istədilər" deyib. 
.