Selcan və bacısı Qəhrəmanlıdan çoxdan imtina edib - İCRA BAŞÇISI
    • 19-09-2019, 16:03
    • 947

Selcan və bacısı Qəhrəmanlıdan çoxdan imtina edib - İCRA BAŞÇISI

Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

Bu barədəƏhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.
“Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”.  /Axar.az/