Çində məscidlər dağıdılır
    • 23-09-2019, 10:58
    • 621

Çində məscidlər dağıdılır

Çin hakimiyyəti məscidləri və minarələri məhv etməyə başlayıb.

News24.az "Independent"ə istinadən xəbər verir ki, Henan, Qansu, Daxili Monqolustan və Ningxia Hui Muxtar Vilayətindəki tikililər dağıdılıb.

Xüsusilə, "Çinin Kiçik Məkkəsi" adlandırılan Linxia şəhərinin yaxınlığındakı bir kənddəki qübbələr və minarələr partladılıb. Çinin ən böyük müsəlman əhalisi məhz orada yaşayır. Bundan əlavə, hakimiyyət Yunnanda üç məscidi bağlayıb və ölkə daxilində ərəb yazısının istifadəsini qadağan edib.