"Əminəm ki, biz Qarabağa, Şuşaya "lokeyşinsiz" öz yolumuzla gedəcəyik" - Fəxrəddin Manafovun Qarabağ HƏSRƏTİ - VİDEO
    • 26-09-2019, 17:02
    • 966

"Əminəm ki, biz Qarabağa, Şuşaya "lokeyşinsiz" öz yolumuzla gedəcəyik" - Fəxrəddin Manafovun Qarabağ HƏSRƏTİ - VİDEO

"Üç dəfə bu binanın yanından keçdim, sonra polisin əlindən tutdum dedim: "Dədə, Şuşa hardadır?", o da dedi ki, "Qaqa, Şuşa Qarabağdadır". Dedim bilirəm mənə İcrası lazımdır". 

News24.az 
xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artisti, sevilən aktyor Fəxrəddin Manafov Şuşa İcra Hakmiyyətində keçirilən Qarabağ icmasının görüşündə deyib.

Təsirli çıxışında Fəxrəddin Manafov "Qarabağı qaytarmaq lazımdır" deyərək çağırış edib. O, Qarabağın çox böyük dərd oldğunu dəfələrlə bildirərək, bu yaranı sağaltmağın vacib olduğunu da qeyd edib: "Evdən çıxanda avtomobilə mindim və xüsusi proqram vasitəsilə ünvana gəlməyə çalışdım. Ona "lokeyşn" deyirlər. Bağışlayın belə şeylərdə o qədər də anlayışım yoxdur. Proqram göstərdi ki, üzü Kürdəmirə gedirik, amma elə bildim ki, Şuşanı göstərir və Şuşa deyir. O, yəqin ki, mənim daxilimin istəyidir. Amma bilirəm ki, artıq Bakının mərkəzində Şuşa İcra Hakimiyyəti var. Yaşa dolduqça qəhərlənirəm, xüsusilə də Qarabağdan danışanda... Gecikdiyimə görə üzr istəyirəm. Sağ olsun yolu göstərdi. Biz artıq Şuşanı Kürdəmir, Yevlax, Qarabağ yolunda deyil hansısa binada axtarırıq... Əminəm ki, biz Qarabağa, Şuşaya "lokeyşnsiz" hər zaman getdiyimiz yolla, öz yolumuzla gedəcəyik. Vallah, billah əminəm buna. Mən Xankəndində doğulmuşam. Onlar arasında bir qarış yol var idi. Biz mütləq ora yenə gedəcəyik..."