Vilayət Eyvazovdan yeni TƏYİNAT
    • 3-10-2019, 23:08
    • 775

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

News24.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib.