DİN-dən əməliyyat: 40 NƏFƏR HƏBS EDİLDİ
    • 7-10-2019, 13:58
    • 473

DİN-dən əməliyyat: 40 NƏFƏR HƏBS EDİLDİ

Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

News24.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən oktyabrın 5-dən 6-dək törədilən 28 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.