Dünən Xəzərdə itkin düşən 4 balıqçıqdan YENİ XƏBƏR - FOTOLAR
    • 9-10-2019, 10:47
    • 969

Dünən Xəzərdə itkin düşən 4 balıqçıqdan YENİ XƏBƏR - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dəni­zinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumayta görə, 8 oktyabr saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.

Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilmiş və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlu­matlan­dırılıb.

Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilmiş və 09 sentyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürüblə .

Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunmuş, saat 07:10 radələrində Sahil Mühafizəsinin ba­za­sına gətirilmişlər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri  1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.

Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.