-
- 10-10-2019, 17:31
- 769
"Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır" - ELMAR MƏMMƏDYAROV
"Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır. Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir".
News24.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı söyləyib.
Çıxışda deyilir:
"Hörmətli Rəşid Ovezgeldıyeviç,
Əziz həmkarlar,
İcazənizlə Azərbaycan Respublikası adından və şəxsən öz adımdan Sizi, habelə MDB Xarici İşlər Nazirləri Şurasının üzvlərini salamlayır, qonaqpərvərliyə və isti qəbula görə Türkmənistan tərəfinə xüsusi təşəkkürümü bildirmək istərdim.
Qeyd etmək istərdim ki, MDB iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün vacib bir platformadır. Bu kontekstdə Azərbaycan MDB-nin fəal üzvü olmaqla təşkilatda iştiraka xüsusi əhəmiyyət verir.
MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasının gündəliyində iqtisadi və humanitar sahədə əməkdaşlığın aktual məsələlərinin, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Bu baxımdan, bugünkü iclasda “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətinin layihəsi haqqında” qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim.
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsi ərəfəsində, Azərbaycanın və Azərbaycan xalqının faşizm üzərində Qələbənin əldə olunmasına verdiyi böyük töhfə xüsusilə qeyd edilməlidir. Müharibədə Azərbaycanın 600 mindən artıq nümayəndəsi iştirak etdi, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak oldu və itkin düşdü. Azərbaycanın bir çox təmsilçisi yüksək orden və medallarla təltif olundu.
Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı yalnız döyüş bölgələrində deyil, arxa cəbhədə də qəhrəmanlıq, şücaət və fədakarlıq nümayiş etdirdi. İkinci dünya müharibəsi zamanı qələbənin əldə edilməsində Bakı nefti əvəzsiz rolu olmuşdur. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və motor yağlarının 90 faizi Azərbaycanın payına düşmüşdür.
Bu baxımdan, "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin 75 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının Birliyin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" qərarın imzalanmasını nasist ideologiyasına, o cümlədən abidə və memorialların ucaldılmasına və irqçiliyin təbliğatına qarşı mübarizədə xüsusilə əhəmiyyətli hesab edirəm.
Biz, həmçinin təşkilatımızın fəaliyyətinin əsasını təşkil edən humanitar əməkdaşlığa da böyük əhəmiyyət veririk. Humanitar əməkdaşlıq məsələləri, dinlərarası dialoq, həmçinin multikulturalizm və sivilizasiyalararası dialoqla əlaqəli olan məsələlər aktual əhəmiyyət kəsb edir.
Dünyadakı ölkələrin böyük əksəriyyəti çoxkonfessiyalı ölkələr və bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Buna görə də humanitar sahədə əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkədə milli harmoniya, həm də əməkdaşlığımız üçün vacibdir. Çünki təşkilatımızın daxilində fərqli tarixə, mədəniyyətə, dinə sahib olan ölkələr təmsil olunur və bizi ümumi maraqlarımız birləşdirir, bizi əməkdaşlıq birləşdirir.
Azərbaycan multikulturalizmin təbliğinə böyük əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır. Son illərdə bir sıra qlobal tədbirlər keçirdik, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslər irəli sürdük. Bu xüsusda, BMT-nin Baş Assambleyası və Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeyd edilməlidir.
Bildiyiniz kimi, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın prioritet sahələrindən biri də idman sektorudur. Qısa müddət ərzində Azərbaycan özünü beynəlxalq idman yarışlarının mərkəzi kimi doğrultdu. Belə ki, son illərdə Respublikamızda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən Dünya və Avropa çempionatları, dünya kubokları və bir çox idman növləri üzrə Qran-pri yarışları kimi beynəlxalq tədbirlər uğurla həyata keçirilmişdir.
İnanıram ki, humanitar sahədə konstruktiv əməkdaşlığın davam edilməsi bundan sonra da dövlətlərimiz arasında etimadın möhkəmləndirilməsinə və Birliyin inkişafına öz töhfəsini verəcəkdir. Humanitar əlaqələr ilə yanaşı, ölkələrimiz həm çoxtərəfli, həm də ikitərəfli formatlarda iqtisadi əməkdaşlıq potensialını uğurla inkişaf etdirir.
Bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanlar yaradılıb və böyük uğurlar əldə olunub. Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatmışdır.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəfləridir. Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanması başlandı. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcəkdir.
İqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə, Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir.
Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var.
Lakin qeyd etmək lazımdır ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim.
Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır. Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir.
Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.
Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər.
Sonda, hamınıza uğurlu iş arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm".