-
- 20-10-2019, 11:19
- 655
Bakıda qayınanasının ölümünə səbəb olan şəxs MƏHKƏMƏ QARŞISINDA
Keçən ilin dekabrında Bakı şəhər Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzasına səbəb olmuş sürücünün məhkəməsi başlayır.
News24.az -ın məlumatna görə, Məmmədov Sübhan Əli oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Sabunçu rayon Polis İdarəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib və hakim Ziya Şirinovun icraatına verilib.
Qeyd edək ki, keçən il dekabrın 23-də saat 14 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, qayınanası Mahirə İsmayılova xəstəxanada ölüb.