-
- 23-10-2019, 20:12
- 826
Sumqayıtdakı üfunət qoxunun səbəbi məlum oldu - Rəsmi açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
News24.az xəbər verir ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.
Bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.
“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”, - o, qeyd edib.