Tibb Universitetində işçilərin MAAŞLARI ARTIRILDI
    • 29-10-2019, 18:07
    • 814

Tibb Universitetində işçilərin MAAŞLARI ARTIRILDI

 Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşları artırılır.

News24.az xəbər verir ki, bu haqda ATU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar verilib. Qərara əsasən, ATU-da çalışan əməkdaşların, professor-müəllim heyətinin sosial müdafiəsinin və maddi rifah halının daha da gücləndirilməsi məqsədilə onlara verilən vəzifə maaşları 01 sentyabr 2019-cu il tarixindən etibarən orta hesabla 10% artırılır. ATU-nun Elmi Şurasının bu qərarı "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb.

Xatırladaq ki, bu il martın 1-də universitetdə çalışan bütün əməkdaşların və professor-müəllim heyətinin əlavə əmək haqqları 20%artırılmışdı. Beləliklə, bu il ərzində ATU əməkdaşlarının əmək haqqısı 2 dəfə artırılmış olur.