Türkiyə AVRO-2020-yə vəsiqə qazandı
    • 14-11-2019, 23:13
    • 643

Türkiyə AVRO-2020-yə vəsiqə qazandı

Türkiyə milli komandası 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.


News24.az xəbər verir ki, "ay-ulduzlular" buna seçmə mərhələdə H qrupunun IX tur qarşılaşmasında İslandiya ilə ev heç-heçəsi sayəsində nail olub.


İslandiyadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.